Mobil telefonların kamerası hər il daha da inkişaf edir və artıq sosial media, reklam və şəxsi brend üçün tam peşəkar çəkilişlər etmək mümkündür. Lakin bunun üçün yalnız yaxşı telefon kifayət etmir — düzgün kadr quruluşu, işıq seçimi, montaj, səs və süni intellekt alətlərindən istifadə kimi bacarıqlara ehtiyac var.
Praktiki Mobiloqrafiya Kursu məhz bu bacarıqları sıfırdan və ya mövcud biliklərin üzərində quraraq sənə öyrətmək üçün hazırlanıb. Kursda həm nəzəri, həm də real çəkiliş ssenariləri üzərində praktiki tapşırıqlar yerinə yetirilir. Sən yalnız qaydaları öyrənməyəcək, həm də dərhal tətbiq edərək öz portfolionu formalaşdıracaqsan.